ADMİU-NUN MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ BAKU FASHION CLUB-IN NÖVBƏTİ GÖRÜŞÜNDƏ
ADMİU-NUN MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ BAKU FASHION CLUB-IN NÖVBƏTİ GÖRÜŞÜNDƏ
06.12.2017
Excelsior Hotel & Spa-da moda sahəsinin ekspertləri, professional və həvəskarları üçün Lyubov Kutrovanın rəhbərlik etdiyi Baku Fashion Club-ın növbəti görüşü keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər modelyer rəssamlar “Gənc dizaynerin ilk addımları. Nədən başlamaq lazımdır?”, “Moda sahəsində təhsil” və “Uğurun sirrləri” mövuzusunda çıxış edib, müzakirə aparıblar.
Tədbirdə həmçinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Nəzakət Əhmədova tərəfindən təşkil olunmuş II kurs Geyim dizaynı ixtisasında təhsil alan tələbələrin işlərindən ibarət sərgi də yer alıb.