ADMİU-DA “İDARƏETMƏDƏ SƏMƏRƏLİLİK VƏ MOTİVASİYA” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
ADMİU-DA “İDARƏETMƏDƏ SƏMƏRƏLİLİK VƏ MOTİVASİYA” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
03.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İdarəetmədə səmərəlilik və motivasiya” mövzusunda seminar keçirilib. Kulturologiya fakültəsinin Sosiologiya ixtisasının I, II və Sosial iş ixtisasının I, II, III kurs tələbələrinə hazırda sosial idarəetmə sahəsində kifayət qədər aktual səslənən, hər kəsin diqqətini çəkən mühüm məsələlərə aydınlıq gətirilib.
İnteraktiv seminar xarakteri daşıyan tədbirdə təlimçi və mühazirəçi Universitetin müəllimi, sosioloq-menecer, sosial iş sahəsində geniş elmi-pedaqoji təcrübəsi olan Naib Niftəliyev tərəfindən “Ən yaxşı idarəetmə” ideyası, “İdarəetmədə səmərəlilik: optimallaşdırma prinsipi”, “Rəhbər-işçi münasibətləri”, “Motivasiyanı şərtləndirən amillər”, “İdarəetmə motivasiyasına dair nəzəriyyələr”, “Rəhbərlik və liderlik tipləri”, “İdarəetmə və sosial nəzarət” və digər mövzularda müzakirələr aparılıb. Eyni zamanda Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Təhsil Mərkəzinin əməkdaşı sosiologiya üzrə fəlsəfə doktoru Vüsal Abdullayev də mövzu ətrafında geniş məlumat verib və tələbələrin sualları ətraflı cavablandırılıb.