ADMİU ƏMƏKDAŞLARI VƏ TƏLƏBƏ HEYƏTİ "TÜRK FİLMLƏRİ HƏFTƏSİ"NİN AÇILIŞ MƏRASİMİNDƏ
ADMİU ƏMƏKDAŞLARI VƏ TƏLƏBƏ HEYƏTİ "TÜRK FİLMLƏRİ HƏFTƏSİ"NİN AÇILIŞ MƏRASİMİNDƏ
17.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları və tələbə heyəti Nizami Kino Mərkəzində keçirilən "Türk Filmləri Həftəsi"nin açılış mərasimində iştirak ediblər. Nizami Kino Mərkəzində baş tutan tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxışlardan sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” adlı filmi nümayiş olunub. Sonda rejissor tamaşaçıları maraqlandıran suallara cavab verib.