Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatı, YAP Gənclər Birliyi və "BİR" Tələbə-Könüllü komandasının təşəbbüsü ilə 12 noyabr Konstitusiya gününə həsr olunmuş "Breyn-Ring" intellektual yarışı keçirilib. İki mərhələdən ibarət olan yarışda tələbə heyətindən 8 komanda iştirak edib.
Sonda Kino və televiziya fakültəsinin tələbələri qalib olub və sertifikata layiq görülüb. Həmçinin qalib komanda Bakı Dövlət Universitetində keçiriləcək intellektual yarışa vəsiqə qazanıb.