“AMERİKANIN SILVER CITY BOUND” QRUPU ADMİU-DA OLUB
May ayının 18-i Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə səfərdə olan Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub.
Bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçilmişdirlər. Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalmış Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalmışdır.
Universitetdə qrup maraqlı konsrt proqramı ilə çıxış edərək, tələbələrin suallarını cavablandırmış, daha sonra milli musiqi alətlərində ifa edən tələbələrin çıxışlarını dinləyərək, birlikdə konsert proqramı ilə çıxış etmək üçün tələbələr seçmişlər. Seçilən tələbələr Amerika qrupu ilə birlikdə Beynəlxalq Muğam Mərkəzində konsert verilməsi nəzərdə tutulub.