Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir professor-müəllim və tələbə heyətinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Daha sonra Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Əli Əmirli bu günün vacibliyindən, üçrəngli bayrağın tarixindən danışaraq onun 1991-ci ildə Azərbaycanın müstəqilliyə qovuşduqdan sonra rəsmi dövlət atributu olaraq elan olunmasını diqqətə çatdırıblar.
Qeyd edək ki, tədbir Universitetin “BİR” Tələbə-Könüllü komandasının koordinatoru tələbə Toğrul Qasımovun təşəbbüsü ilə həyata keçirilib.