Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının yekun konserti Bakı və Mingəçevir şəhərində keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti və Musiqi sənəti fakültəsinin tələbələrinin də iştirak etdiyi konsertlərdə MC, Beatbox, Hip-Hop və müxtəlif rəqslər nümayiş olunub. Sonda tələbələr “Next Level Azerbaijan” proqramı üzrə sertifikat ilə təltif olunublar.
Qeyd edək ki, tələbələr amerikalı mütəxəssislər tərəfindən MC, Beatbox, Graffiti, Hip-Hop və digər rəqs növləri üzrə təlim və məşqlər keçib.