ADMİU-DA “BİR” TƏLƏBƏ-KÖNÜLLÜ PROQRAMININ TƏQDİMATI BAŞ TUTUB
ADMİU-DA “BİR” TƏLƏBƏ-KÖNÜLLÜ PROQRAMININ TƏQDİMATI BAŞ TUTUB
28.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Tetrında “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib. Tələbə heyətinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva və “BİR” Tələbə-Könüllü Proqramının koordinatoru Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və s. layihələr haqqında məlumat verib.
Universitet üzrə proqramın aktiv üzvləri tərəfindən fləşmob nümayiş olunub, koordinatorlar II kurs tələbəsi Toğrul Qasımov, III kurs tələbəsi Orxan Əkbərli gələcək fəaliyyətləri barədə çıxış edib və tələbələrin suallarına ətraflı cavab veriblər.
Qeyd edək ki, tələbələr www.konullu.edu.az saytında qeydiyyatdan keçərək “BİR" Tələbə-Könüllü proqramına qoşula bilərlər.