ADMİU-NUN TƏLƏBƏLƏRİ İRAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ OLUB
Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin Kinoşünaslıq ixtisasının tələbələri xalq artisti Həmidə Ömərovanın təşkilatçılığı ilə İran Mədəniyyət Mərkəzində “143-cü çuxur” filminin rejissoru Narges Abyar və filmin aktrisası Gelareh Abbasi ilə görüş keçirilmişdir. Filmi, iş prinsipi haqqında maraqlı suallar verilən rejissor ətraflı danışmış, özünəməxsus iş üslubunu tələbələrə və qonaqlara danışmışdır. Tədbirdə gələcəkdə müştərək işlərin görülməsi də nəzərə alınmışdır.