ADMİU-DA “MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN İNKİŞAFI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
ADMİU-DA “MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN İNKİŞAFI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
25.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Müstəqillik dövründə Azərbaycan Təsviri sənətinin inkişafı” mövzusunda I Respublika elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq uğurlar arzulayıb.
İlk öncə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə Qacar və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Azərbaycan Təsviri sənətinin inkişafına dair məruzələri ilə çıxış ediblər.
Daha sonra konfrans I və II seksiya üzrə professor-müəllim və tələbə heyətinin məruzələri ilə qarşılıqlı müzakirə və sual-cavab əsasında davam edib.
Konfransda 1991-ci ildən bu günə qədər Azərbaycan təsviri, o cümlədən memarlıq və dekorativ-tətbiqi sənətində baş verən yeniliklər barədə məqalə və elmi araşdırmalar təqdim olunub.