Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Kulturologiya fakültəsinin II kurs tələbəsi İman Sadıqov tələbələr ilə görüşüb. Görüşdə bütün fakültələr üzrə TGT sədrləri seçilib.
Belə ki, Kulturologiya fakültəsi üzrə II kurs tələbəsi Nərgiz İdrisova, Rəssamlıq fakültəsi üzrə I kurs tələbəsi Nərmin Bayramova, Teatr sənəti fakültəsi üzrə II kurs tələbəsi Əlizaman Abbasov, Kino və televiziya fakültəsi üzrə II kurs tələbəsi Şəfəq Səmədova, Musiqi sənəti fakültəsi üzrə I kurs magistr tələbəsi Nəsib Həsənov və SABAH qrupu üzrə III kurs tələbəsi Orxan Əkbərov TGT-nin fakültələr üzrə sədrləri təyin olunub.
Həmçinin TGT müavinləri üçün Teatr sənəti fakültəsinin II kurs tələbəsi Toğrul Qasımovun, Kulturologiya fakültəsinin I kurs magistr tələbəsi Orxan Məmmədovun və İntellektual oyunlar klubu üzrə sədr üçün II kurs tələbəsi Əli Musayevin namizədliyi qəbul olunub.
Bundan əlavə, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı da keçirilib. Qeyd edək ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinininkişafına, müxtəlif tədbir və təlimlərdə iştirak etmələrinə imkan yaradır. Təqdimat zamanı mövzu ətrafında qarşılıqlı müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.