ADMİU-NUN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ YENİ SƏDRİ TƏYİN OLUNUB
ADMİU-NUN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ YENİ SƏDRİ TƏYİN OLUNUB
12.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədrinin təyini üçün iclas keçirilib. Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyevanın, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının icraçı direktoru Nurxan Babayevin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədovun, ADMİU YAP Gənclər Birliyinin sədri Orxan Məmmədovun və tələbə heyətinin iştirakı ilə keçirilən iclasda səs vermə yolu ilə sədr təyin olunub.
Leyhinə səs yetkinliyi ilə Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisasının II tələbəsi İman Sadıqov TGT sədri seçilib. Tədbirin sonunda tələbələr ilə xatirə şəkli çəkilib. Qeyd edək ki, tələbə İman Sadıqov yerli və beynəlxalq tədbirlərin fəal iştirakçısıdır.