ADMİU-DA “GENDER VƏ İNSAN HÜQUQU” ARAŞDIRMA BİRLİYİNİN SEMİNAR-TRENİNQİ
ADMİU-DA “GENDER VƏ İNSAN HÜQUQU” ARAŞDIRMA BİRLİYİNİN SEMİNAR-TRENİNQİ
05.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının dəstəyi ilə “Gender və İnsan Hüququ” Araşdırma Birliyi tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” mövzusunda seminar-treninq keçirilib.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə 06 dekabr 2016-cı il tarixdə ölkə başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında Sərəncamı ölkədə iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Strateji yol xəritəsinin ciddi təhlillər üzərində qurulduğunu və Azərbaycanda mövcud iqtisadi vəziyyət, qlobal və regional trendlərin nəzərə alındığı qeyd olunub. Daha sonar mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.