ADMİU-DA "MÜŞTƏRİ İLƏ MÜSAHİBƏNİN APARILMASI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
ADMİU-DA "MÜŞTƏRİ İLƏ MÜSAHİBƏNİN APARILMASI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
22.09.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə "Müştəri ilə müsahibənin aparılması" mövzusunda seminar keçirilib.
ABŞ-ın Kolumbiya Universitetinin Sosial iş ixtisası üzrə məzunu Könül Cəfərova tərəfindən keçirilən seminarda Universitetin Sosial iş ixtisasında təhsil alan tələbələri, məzunları və sosial sahədə işləyən mütəxəssislər iştirak edib.
Seminarda özünü təqdimetmə, məxfilik və ya konfidensiallıq siyasəti, müsahibədə istifadə olunan sualların qoyuluş tərzi, düşüncə tərzinə təsir edərək davranışa yönləndirilmiş terapiya, müsahibə ərzində sosial iş dəyərləri, etik qaydalarına əməl edilməsi və digər mövzularda müzakirələr aparılıb.