ADMİU VƏ MUĞAM MƏRKƏZİNİN BİRGƏ LAYİHƏSİ - DRAMATURQ H.CAVİDİN YARADICILIĞINA HƏSR EDİLMİŞ MUSİQİLİ GECƏ
ADMİU VƏ MUĞAM MƏRKƏZİNİN BİRGƏ LAYİHƏSİ - DRAMATURQ H.CAVİDİN YARADICILIĞINA HƏSR EDİLMİŞ MUSİQİLİ GECƏ
09.06.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib.
Konsertdə Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və II kurs tələbəsi Məftun Səfərlinin ifasında F.Əmirovun Kor ərəbin mahnısı, Sənin eşqin edibdir, Çoban qızı xalq mahnısı, Bayatı Şiraz dəsgahı əsasında Çoban bayatı və Şirvan Şikəstəsi muğamları səslənib.
Ədəbi-bədii gecədə ifaçıları Xalq çalğı alətləri ansamblının üzvləri Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban) və Soltan Məmmədov (nağara) müşayiət edib.
Gecədə dahi şairin şeirləri bədii qiraət ustası, Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist Azad Şükürovun ifasında səslənib.