Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Estrada sənəti kafedrasının müəllimi, Əməkdar artist Səidə Şərifəliyevanın tələbələrinin 28 may Respublika gününə həsr olunmuş konserti keçirilib.
Konsertdə konsertmeyster Fəridə Hüseynovanın müşayiəti ilə Estrada sənəti ixtisasında təhsil alan I kurs tələbələri Elsevər Mustafazadə P.Bülbüloğlunun “Gəl ey səhər”, L.Richie “Hello”, V.Adıgözəlovun “Şərikli çörək” k/f-dən “Sən, ey uşaqlıq”, Ramin Bayramov S.Rüstəmovun “İntizar”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, II kurs tələbəsi Rəşal Kərimov O.Kazıminin “Qızıl toy” tamaşasından “Bakı”, İ.Topçubaşovun “Nə bəxtiyardıq”, E.Sabitoğlunun “Sənsiz keçən günlərim”, III kurs tələbəsi Xanım Əliyeva D.Foster, A.Foster, Gillies “Stand up for love”, T.Quliyevin “İlk bahar” və IV kurs tələbəsi Safa Eldarov P.Bülbüloğlunun “Aman ayrılıq”, E.Cooley “Fever”, M.Ronson, B.Mars “Uptown funk” mahnısını ifa ediblər.
Daha sonra bütün tələbələrin və müəllimə Səidə Şərifəliyevanın ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səslənib.
Sonda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələrin çıxışlarını bəyəndiyini qeyd edərək, onlara uğurlar arzulayıb.