Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova və İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbələrin iştirakı ilə I elmi-ifaçılıq konfransın yekun qala konserti keçirilib. Konserti giriş sözü ilə açan Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tələbələrə uğurlar arzulayıb.
İnstrumental ifaçılıq kafedrasının I kurs tələbələri Zəkiyyə Qasımzadə İ.Abdullayevin “Prelüd”, Elməddin İbrahimli N.Əliverdibəyovun “Elegiya”, Aytən Cəbrayılova C.Qerşvinin “Üç prelüd” Prelüd №1, Aysel Quliyeva A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Elçin Əziyev N.Kapustinin №23 Prelüd, Pərvin Paşazadə M.D.Falyanın “İspan rəqsi”, Sahib Məmmədov F.Şopenin “Mazurka” (B dur), Nigar Hüseynova F.Şopenin Polonez (A-dur), Məhəmməd Mirzəyev F.Listin “Gnomenreigen”, Nurlan Abdullazadə E.Əfrasiyabın “Klassik popurri”, Rafik Bəkərov S.Raxmaninovun Etüd-lövhə (op 33), Aysun Qəmbərova F.Əmirovun “Nəsimi” baletindən “Məhəbbət rəqsi”, II kurs tələbələri Leyla Fərəcova B.Smetananın “Dəniz sahilində” etüd, Natiq Yusibov S.Fərəcovun “Ekspromt” (c-moll), Aynur Əliyeva P.İ.Çaykovskinin “Dumka”, magistr tələbəsi Fariz Məmmədzadə F.Əmirovun Pyes, III kurs tələbələri Nərgiz Məmmədova F.Şopenin “Polonez” (cis-moll), Lalə Əhmədova T.Bakıxanovun “Xəzər balladası” baletindən “Neft fantanı”, İlahə Salmanzadə P.Axundova-Talıblının “Kontrast lövhələr” silsiləsindən vals, Heyran Qədirli Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Sanço Pansa” və IV kurs tələbəsi Jalə Səmədli Q.Qarayevin “Çar kəndinin heykəli” əsərlərini ifa ediblər.
Sonda Muzeyinin direktoru Alla Bayramova çıxışında tələbələrin ifasını bəyəndiyi qeyd edib, dekan Ellada Hüseynova və kafedra müdiri Səbinə Mehdiyeva da öz növbəsində konfrans iştirakçılarını təbrik edib və onları diplom ilə təltif ediblər.