ADMİU “GƏNC MUZEYŞÜNASLAR VƏ MUZEYSEVƏRLƏR” MAARİFLƏNDİRİCİ KLUBUN AÇILIŞ MƏRASİMİNDƏ
ADMİU “GƏNC MUZEYŞÜNASLAR VƏ MUZEYSEVƏRLƏR” MAARİFLƏNDİRİCİ KLUBUN AÇILIŞ MƏRASİMİNDƏ
05.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının professor-müəllim heyəti və bakalavr, magistr, doktorantura pilləsində təhsil alan tələbələri Milli Azərbaycan Tarixi Muzeyində “Gənc muzeyşünaslar və muzeysevərlər” maarifləndirici klubun açılış mərasimində iştirak edib. Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, tədqiq və təbliğ olunması, bütün dünyaya çatdırılması məqsədi ilə yaradılan klubun ideya müəllifi və layihə rəhbəri Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanda muzey işinin inkişafından və müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətindən bəhs edib. “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun yaradılmasında məqsəd maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumat və onun fəaliyyət istiqamətlərini gənc muzeysevərlərə çatdırmaqdan ibarət olduğu qeyd olunub.
Tədbirdə Universitetin Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova və dosent Elfira Məlikova-Qurbanova muzeyşünaslığın tarixi haqqında ətraflı məlumat veriblər. Tədbirin sonunda Universitetin tələbələrinə “Gənc muzeyşünaslar və muzeysevərlər” maarifləndirici klubunun üzvlük vəsiqələri təqdim edilib.