Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim heyətinin yaradıcılıq-ifa işi keçirilib.
Konsertdə kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva F.List - Transtendent Etüd f-moll, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmalə Nəsirova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cavahir Mustafayeva İ.S.Bax – Konsert f-moll I hissə, baş müəllimlər Leyla Aslanova İ.Brams - “İntermezzo”, Humay Mansurova V.A.Mosart – “Fortepiano və orkestr üçün konsert” №1 A-dur 8, Kazımov Rəşad F.List – “Campanella” gis-moll, müəllim Sevda İsgəndərova və baş müəllim Sevinc Dadaşova S.Ələsgərov –“Rəqs-tokkata” (duet), müəllim Leyla Əliyeva və dosent Zəhra Qarayeva R.Şuman – “Fortepiano və skripka üçün sonata” №1 a-moll 9, müəllimlər Arzu Məmmədova F.Bədəlbəyli – “Prelüd” a-moll, Aydan Vəzirova İ.Abdullayev – “Payız”, Yeganə Balacayeva F.Əmirov – İki Ekspromt, Sürəyya İsrafilova və Cavid Hüseyni T.Quliyev – “Sənə də qalmaz”, Natella Bayramova F.List – “Məhəbbət xəyalları” əsərlərini ifa ediblər.
Müəllim Süleyman Babakişizadə I kurs tələbəsi Rafik Bəkərovun müşayiəti ilə L.Bethoven - V Sonata, müəllim Allahyar Vəzirovun ifasında isə Caz festivalına həsr olunmuş konsert proqramında H.Rzayev - “Çahargah rapsodiyası” əsərləri səslənib.