ADMİU-DA KİNO VƏ TELEVİZİYA FAKÜLTƏSİ VƏ “SABAH” QRUPU TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
ADMİU-DA KİNO VƏ TELEVİZİYA FAKÜLTƏSİ VƏ “SABAH” QRUPU TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28.04.2017
Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis, müxtəlif beynəlxalq mükafatlar laureatı Lisa Leemanın ustad dərsləri layihəsinin davamı olaraq Amerika səfirliyinin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev və rejissor Samir Kərimoğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsi və “Sabah” qrupu tələbələri ilə görüşüb.
Görüşdə Masər Həsənovun “Everest” və Şövkət Məhərrəmovanın “Gənc ifaçı haqqında” qısametrajlı filmləri nümayiş olunub. Rejissor Samir Kərimoğlu tələbələrin müəllifi olduğu filmlər haqqında öz fikrini bildirib, müzakirələr aparılıb.
Qeyd edək ki, nüfuslu Emmy mükafatı və Amerika Kino İnstitutunun Müstəqil Kinorejissor qrantına layiq görülən Lisa Leemanın ustad dərslərini uğurla başa vuran Universitet tələbələrinin filmləri beynəlxalq film festivalında nümayiş olunacaq.
Tədbirdə festivalın formatı, iştirak qaydaları və filmlərin mövzusu haqqında ətraflı məlumat verilib.