ADMİU-DA TƏHSİL ALAN ƏCNƏBİ TƏLƏBƏLƏR BMA-DA KONSERTDƏ İŞTİRAK EDİB
ADMİU-DA TƏHSİL ALAN ƏCNƏBİ TƏLƏBƏLƏR BMA-DA KONSERTDƏ İŞTİRAK EDİB
26.04.2017
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə konsert keçirilib. Tədbirdə Musiqi sənəti fakültəsinin Estrada sənəti ixtisası I kurs tələbələri Sinan Can Akar, Leyli Əşrəfivənd, III kurs tələbəsi Hüseyn Buğra Kurt, İnstrumental ifaçılıq ixtisası II kurs tələbəsi Bekir Küçükaslan, Xalq çalğı alətləri ifaçılığı tələbələri I kurs Hüseyn Cəfərli və IV kurs Alpaslan Doğukan Yeşilbaş çıxış ediblər. Tələbələrin ifasında “Nazəndə Sevgilim”, xalq mahnısı “Güləbatın”, “Kara toprak” və “Yanıyorum” türk folkor mahnıları səslənib.
Ansamblın bədii rəhbəri Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyev, müəllimlər İnstrumental ifaçılıq kafedrasının dosenti Zəhra Qarayeva, Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Təhmasib Məmmədov, Estrada sənəti kafedrasının müəllimləri Xalq artisti Nazpəri Dostəliyeva və professor, Xalq artisti Yalçın Rzazadədir.