ADMİU-DA AMERİKALI PROFESSOR SOSİAL İŞ ÜZRƏ SEMİNAR KEÇİRİR
ADMİU-DA AMERİKALI PROFESSOR SOSİAL İŞ ÜZRƏ SEMİNAR KEÇİRİR
24.04.2017
Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə “Fullbright” proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirir. Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.
24-28 aprel 2017-ci il tarixlərində amerikalı professor Leticia Villareal-Sosa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti dəfə “Sosial işin etik prinsipləri” mövzusunda mühazirə ilə çıxış edir.
Xatırladaq ki, professor Leticia Çikaqo Universitetində bakalavr, doktorantura (PhD) və Universitetin Sosial Xidmət Administrasiyası Məktəbinin magistratura dərəcəsinə malikdir. Həyata keçirdiyi tədqiqatlara Latın Amerikası təhsili, sosial uyğunluq, imiqrantların adaptasiyası, gender və miqrasiya, qrup zorakılığının təsirləri və məktəbdə sosial iş aiddir.
Təlim boyu tələbələr nəzəri məlumatlar ilə yanaşı müxtəlif qruplarda praktiki işlər də həyata keçirəcəklər. Sonda iştirakçılar sertifikat ilə təltif olunacaq.