"TESTENE ART BAKU" FESTİVALININ QALİBLƏRİ İLƏ GÖRÜŞ
"TESTENE ART BAKU" FESTİVALININ QALİBLƏRİ İLƏ GÖRÜŞ
04.04.2017
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası "Testene Art", Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə "Testene Art Baku" Beynəlxalq İncəsənət festival-müsabiqəsində qalib gələn tələbələri Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva Elmi şura iclasında təbrik edib və yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, 350-dək iştirakçının qatıldığı müsabiqədə hər ifaçı yeddi dəqiqə ərzində iki əsər səsləndirib. Uğurlu ifa nümayiş etdirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Şərif Şərifov, Ramazan İbadov I yerə, İlqar Allahverdiyev, Nuru Göyüşov II yerə, Safa Eldarov isə III yerə layiq görülüblər.