Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Novruz Bayramına həsr olunmuş “Novruz Bayramı ənənələrinin Azərbaycan mədəniyyətində və incəsənətində bədii əksi” mövzusunda Tələbə Elmi-Praktik Konfransı keçirilib. Rəssamlıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə keçirilən konfransı giriş sözü ilə açan kafedra müdiri, dosent Mehriban Novruzova Azərbaycan mədəniyyəti və incəsənətindən bəhs edərək konfrans iştirakçılarına uğurlar arzulayıb. Daha sonra Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Novruz Bayramı ənənələrinin Azərbaycan mədəniyyətində və incəsənətində bədii əksi haqqında öz fikirlərini bölüşüb.
Konfrans “Təsviri sənətdə Novruz Bayramının bədii ifadəsi”, “Novruz Bayramı adət-ənənələrinə kulturoloji baxış” və “Musiqidə Novruz ənənələri” mövzularını əhatə edirdi.
Rəssamlıq fakültəsinin I kurs tələbələri Aytac Bəkirova “Novruz Bayramı adət-ənənələrinin Azərbaycan təsviri sənətində bədii əksi”, Nərmin Salmanova “Təsviri sənətdə Novruz Bayramı”, Elşad Eynullayev “Milli təsviri sənətimizdə Novruz Bayramı atributları”, Xəyalə Şalbuzova “Novruz adət-ənənələrinin qobelenlərdə əksi”, Mələkxanım Məmmədova “Novruz Bayramı Azərbaycan xalçaçılıq sənətində”, II kurs - Sevinc Ələsgərova “Səttar Bəhlulzadə dünyasında baharın tərənnümü”, Həmayıl Həmidova “Arif və Orxan Hüseynovların yaradıcılıqlarında Novruz motivləri”, III kurs - Anar İbrahimov “Azərbaycan təsviri sənətində Novruz ənənələrinin təcəssümü”, Emil Ağayev “Ələkbər Rzaquliyev yaradıcılığında Novruz bayramı motivləri”, Günel Əliyeva “Təsviri sənətdə Novruz motivi”, Nigar Cavadova “Əzim Əzimzadə yaradıcılığında Novruz Bayramı”, Musiqi sənəti fakültəsinin I kurs tələbəsi Xanım Əsgərova “Novruz bayramı adət-ənənələrinin Azərbaycan musiqisindəki təcəssümü”, II kurs tələbələri Səmərə Qafarlı “Novruz - musiqisi milli yaddaşımızın daşıyıcısı kimi”, Nigar Yusibova “Azərbaycan musiqisində Novruz bayramına baxış” və Kulturologiya fakültəsinin II kurs tələbəsi Sima Cəfərova “Novruz bayramına kulturoloji baxış” adlı mühazirələr və slaydlar ilə çıxıb ediblər.