Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə “Xalq Əmanəti” seriyasından 10 adda kitab daxil olub. “Xalq Əmanəti” layihəsi ASC Xalq Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Mədəniyyət və incəsənətimizə töhfə olunan bu nəşrlər Azərbaycan, ingilis və rus dillərindədir.
1. Böyükağa Mirzəzadə. Rəngkarlıq və qrafika. - 2010
2. Məmməd Araz. Seçilmiş əsərləri. – 2010
3. Maral Rəhmanzadə. Rəngkarlıq və qrafika. – 2010
4. Hüseyn Arif. Seçilmiş əsərləri. – 2011
5. Səttar Bəhlulzadə. Rəngkarlıq və qrafika. – 2012
6. Mikayıl Abdullayev. Rəngkarlıq və qrafika. – 2013
7. Gəncə rəssamları. Rəngkarlıq və qrafika. -2013
8. Vəcihə Səmədova. Rəngkarlıq və qrafika. – 2015
9. Nadir Əbdürrəhmanov. Rəngkarlıq və qrafika. – 2016
10. Samir Kaçayev. Heykəltaraşlıq. - 2016