Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri cəbhədə baş verən hadisələrlə əlaqədar Universitetin qarşısında ordumuza daha bir dəstək aksiyası keçirilib. Azərbaycan Dövlət himni ilə başlayan aksiyada tələbələr "Yaşasın Azərbaycan!, Qarabağ bizimdir! Bizim olacaq! Şəhidlər ölməz! Vətən bölünməz! Liderə inanaq, Qarabağa qayıdaq!" kimi şüarlar səsləndiriblər.