Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ABŞ-nın Azərbaycandakı səfirliyi tərəfindən görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərsləri təşkil olunub. Tədbiri giriş sözü ilə açan səfirliyin Mədəni əlaqələr şöbəsinin müşaviri Amy Petersen Kino və televiziya fakültəsinin II, III kurs və “Sabah” qrupu tələbələrini ustad dərslərinin gündəliyi ilə tanış edib. Dərslərin ilk günü Lisa Leeman tələbələr ilə tanış olub, film sahəsində təcrübələri və hal-hazırda üzərində çalışdıqları filmlər və kino layihələri haqqında ideyaların müzakirəsini aparıb.
Nüfuslu Emmy mükafatı və Amerika Kino İnstitutunun Müstəqil Kinorejissor qrantına layiq görülən Lisa Leeman, artıq 25 ildir ki, bəddi qısa metrajlı filmlər yazır, çəkir və redaktə edir. İlk filmi “Metamorfoza: Kişinin Qadın Roluna girməsi”, 1990 Film Festivalında Rejissor mükafatını qazanmışdır. Liza inanır ki, güclü hekayə və xasiyyət-iradəli filmlər taleyüklü ola bilər və sosial dəyişikliyə yol açır. Hazırda Liza Leeman, ABŞ Cənubi Kaliforniya Universitetinin Kinoşünaslıq İncəsənəti Məktəbində müəllim kimi çalışır və dünyanın bir çox ölkəsində sənədli filmlərin çəkilməsi ilə bağlı magistr pilləli ustad dərsləri keçirib.
7-13 fevral tarixində keçirilməsi nəzərdə tutulan ustad dərslərində tələbələr yazı təlimləri, tədqiqat prosesi, forma, məzmun və səhnə anlayışı, müsahibə sənəti, bəstəkarlar və çəkiliş qrupu ilə əməkdaşlıq, montajın üslubları, redaktə prosesi, büdcə və planlaşdırma, sənədli kinoda etik çağırışlar haqqında ətraflı məlumat əldə edəcəklər.
Dərsləri uğurla başa vuran tələbələrin filmləri gələcəkdə keçirilməsi planlaşdırılan film festivalında nümayişi də nəzərdə tutulub. Ustad dərslərində iştirak edən tələbələr sertifikat ilə təltif olunacaqlar.