ADMİU-NUN DOKTORANTLARI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB
ADMİU-NUN DOKTORANTLARI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB
06.01.2017
15-25 dekabr tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilən və 7 ölkədən 70 fəal gəncin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantları Fəxri Məmmədli və Əli Abuzarovda təmsil olunub. Qeyri formal tədris metodologiyası əsasında keçirilən təlimlərdə sosial media mövzusu proritet olmaqla bərabər mədəniyyətlərarası əlaqələr, tolerantlıq kimi məqamlar da disskusiya mövzusu olub.
Tədbir zamanı ölkələrin mədəniyyətini əks etdirən “cultural night” çərçivəsində doktorantlarımız Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi və. s haqqında layihə iştirakçılarına məlumat veriblər. Eyni zamanda tədbir iştikakçıları Ukrayna parlamentinə, Çernobl muzeyinə və.s məkanlara səfər ediblər.
Tədbirin əhəmiyyəti haqqında ADMİU-nun müəllimi və doktorantı Fəxri Məmmədli, eləcə də doktorant Əli Abuzarov qeyd ediblər ki, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi gələcək elmi fəaliyyətə stimul olmaqla bərabər, müxtəlif ölkələrdə qazanılan təcrübənin tədris zamanı tələbələrə öyrədilməsi üçün də effektivdir. Bu məqamı yaratdığı üçün doktorantlar ADMİU rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.