“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Republikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı ildə elan etdiyi 3-cü maliyyə müsabiqsənin qalibi olduğu “Azərbaycançılıq ideyasının mədəniyyət müəssisələrində təbliği” layihəsi çərçivəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği” mövzusunda Forum keçirilib.
Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini anmaq üçün Fəxri Xiyabanı, şəhidlərimizin ruhunu anmaq məqsədi ilə isə Şəhidlər xiyabanını ziyarət ediblər. Ardınca, ADMİU-da konfrans keçirilib.Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Fərhad Abdulov “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir!” adlı Konfransı açıq elan edərək, Forum iştirakçılarına uğurlar arzulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan Republikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsinə mədəniyyət müəsisələri işçiləri ilə koordinativ əlaqədə tədqiqinə, geniş təbliğinə, qorunub saxlanılmasına və hərtərəfli inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.
Konfransda həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları olan Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin direktoru, YAP Şəmkir rayon təşkilatının fəal üzvü Tural Əliyevin, Saatlı rayon Heydər Əliyev Mərkəzində direktor vəzifəsində çalışmış Əzizağa Quliyevin azərbaycançılıq ideologiyasının mədəniyyət müəssisələrində təbliği haqqında məruzələri dinlənilib, ümummilli lider H.Əliyevin həyat və yaradıcılığını, xalqa, dövlətə sədaqətini əks etdirən sənədli film nümayiş edilib.
ADMİU-nun 180 nəfərdən çox tələbəsinin və gənc məktəblilərin iştirak etdiyi Forum daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əli-zadə, E. Talışınski və F. Abdulov tərəfindən keçirilən “Azərbaycançılıq ideologiyası”, “Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyətin rolu”, “İnformasiya müharibəsi dövründə azərbaycançılıq ideologiyasının təbliği” mövzularında seminarlar ilə davam edib.
Layihə çərçivəsində “Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət rolu” adlı 200 ədəd kitabça çap olunub, azərbaycançılıq ideologiyasını aşılıyan 2000 ədəd buklet paylanılıb.