Mədəniyyət və İncəsənət Universitetinin “Teatr rejissoru” ixtisasında təhsil alan, 4-cü kurs tələbəsi Fuad Cavadzadə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə A.Kəngərlinin “Bəla” adlı pyesini tamaşaçılara təqdim edib.
Ə.Əmirov adına Mədəniyyət Sarayının yaradıcı aktyorları ilə hazırlanan pyes 5 dekabr R.Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş etdirilib.
Maraqla qarşılanan tamaşanın sonunda, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən, rejissor işinə görə Fuad Cavadzadə, aktyor oyunlarına görə isə Əlixan Ağakişiyev, Səbinə Quliyeva, Firuzə İbadova, Turan Etibaroğlu, Zaur Əzimli, Əli Hüseynov, Nərgiz İmanlı, Mələk Quliyeva, Nigar Mürvətova, Tamerlan Talıbov fəxri fərmanla təltif olunublar.