ADMIU-nun “Musiqi sənəti” fakültəsinin instrumental ifaçılığı kafedrasının müəllim və tələbə heyəti 7-12 dekabr 2016-cı il tarixlərində, Polşanın Volin adasında “XII İnternational Culture Caravan” proyekti çərçivəsində keçirilən Christmas Gift Beynəlxalq festival-müsabiqəsinə iştirak etmək dəvətini alıblar. İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Mehdiyeva Səbinə münsiflər heyətində iştirak edib və beynəlxalq mədəni əlaqələrdə göstərdiyi köməyə görə təşəkkürnamələrlə qiymətləndirilib. Müsabiqədə Litva, Hindistan, Ukrayna, İndoneziya, Polşa və bir sıra digər ölkələr də çıxış ediblər. Uğurlu çıxışlarına görə instrumental ifaçılıq kafedrasının 3-cü kurs tələbələri Əhmədova Lalə (müəllim Mehdiyeva Səbinə) , Əliyeva Səidə ( müəllim Nəsirova Cəmalə) – fortepiano nominasiyası – 1-ci dərəcəli laureat, 1-ci kurs tələbəsi Paşazadə Pərvin (müəllim Qarayeva Zəhra) – skripka nominasiyası , 2-ci kurs tələbəsi Əsədova Gülüstan ( müəllim Axundova Sevda) – piano nominasiyası, 4-cü kurs Hacıyev Emil ( müəllim Mansurova Humay) – fortepiano nominasiyası 2-ci dərəcəli laureat, 3-cü kurs Kərimli Könül ( müəllim Mehdiyeva Səbinə) – fortepiano nominasiyası 3-cü dərəcəli laureat adlarına layiq görülüblər. Festival çərçivəsində ADMİU-nun müəllimləri Qarayeva Zəhra və Axundova Sevda müsabiqədən kənar konsert ifaları edərək, müsabiqənin xüsusi Yüksək dərəcəli Benefis diplomu ilə təltif olunublar.