07 dekabrda Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən “İşğaldakı Sərvətimiz” adlı bədii rəsm sərgisinin bağlanış mərasimi keçirilib.
Qonaqlar Mərkəzin “ Muzey” bölməsi ilə tanış olduqdan sonra ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
Gənc rəssam, layihənin rəhbəri Fidan Böyükbabalı çıxışında bildirib ki, Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli mədəni irsimiz, tarixi abidələrimiz habelə təbii sərvətlərimizi əks etdirən rəsm əsərləri sərgi iştirakçılarının marağına səbəb olub. Gənc rəssamlara çəkdikləri rəsm əsərlərinə görə minnətdarlığını bildirdikdən sonra iştirakçılara sertifikatlar təqdim edib.
Sonda Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin tələbələrinin ifası dinlənilib.