09 dekabr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Multikulturalizm ilinə həsr olunmuş “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” respublika elmi-nəzəri konfransı keçirilib.
Giriş şoru ilə çıxış edən Universitetin rektoru, professor Fərəh Əliyeva konfransın mahiyyətindən danışdı. O, qeyd etdi ki, “ Bildiyimiz kimi ölkəmizdə “2016-cı il Multikulturalizm ili” ilə bağlı bütün müəssisələrdə xüsusilə elmi-pedaqoji müəssisələrdə müxtəlif xarakterli, məzmunlu silsilə tədbirlər keçirilir. Onlar arasında konfranslar da var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu sahədə maraq doğuran elmi konfranslar keçirdir. “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” adlı respublika elmi-nəzəri konfransı buna əyani bir nümunədir.”
Tədbirdə Azərbaycanda yaşayan Kazak cəmiyyətinin Atamanı - Çigirev Yuriy Sergeyeviç, Kazak Cəmiyyətinin podyesaulu Valentina Georgiyevna Əfəndiyeva, “Dirçəliş” Alman-Azərbaycan Cəmiyyətinin sədr müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rüstəm Kerrar Ələsgərov, “Azərbaycan-Bolqar Dostluğunun İnkişafına Yardım” Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasova, Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri Aleksandr Fedoseyeviç Zareçniy, Azərbaycan-Polşa İcmasının sədri Olqa Alekseyevna Yujanina, Azərbaycan-Polşa İcmasının üzvü Kostin Aleksandr Borisoviç, Azərbaycan Yunan İcmasının sədri Saida Mehdiyeva, Azərbaycanda Gürcü Yəhudiləri İcmasının sədri Moisey Beker, Azərbaycanda “Alban-Udin Xristian İcması”nın sədri Robert Mobili, “Soxnut” İsrail Agentliyinin Gənclər Mərkəzinin koordinatoru Aurika Vladimirovna Şeqan, AMEA-nın alimləri, müxtəlif ali məktəblərin nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.
Konfransda, fasilə zamanı ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrinin ifaları dinlənilib.