“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
07.12.2016
06.12.2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Ümumilli lideri, ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri Etibar Əsədov açıb. Daha sonra Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov və tələbələr iştirak ediblər.