2 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlar İttifaqının rəsmi tərəfdaşlığı ilə Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 16-00-da “İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək. Sərgi 2,3,4 dekabr tarixlərində nümayiş olunacaq. Layihəyə 60-a yaxın gənc rəssam müraciət etmiş, onlardan 31 əsəri sərgilənmək üçün seçilmişdir. Sərginin ekspozisiyasında 31 gənc rəssamın 40 əsəri nümayiş olunacaq. Təsvirlərin əksəriyyətində Qarabağda düşmən tapdağında olan abidələrimiz, təbii sərvətlərimiz yer alır. Həmçinin gənc rəssamlar qələbə mövzulu rəsmlər də işləyiblər. Layihə rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin sənətşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Böyükbabalı Fidandır.