Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.
Azərbaycan Sosial İş Birliyi Fulbrayt proqramı çərçivəsində 28 noyabr - 02 dekabr 2016-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ABŞ səfirliyinin dəstəyi ilə ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru Letisya Villarreal-Sosa tələbə və müəllim heyəti üçün seminar keçirdir.
Mühazirələrdə ADMİU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərdən gələn tələbələr də iştirak edir.