Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitunun dəstəyi ilə 22-27 noyabr tarixlərində Bakıda "Türk filmləri həftəsi" keçirilir. Layihə çərçivəsində ölkəmizə gələn türk aktyor, rejisor, prodüser, ssenarist və kinoşünaslar 24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş keçirdiblər. Sarp Levendoğlu, Emre Kızılırmak, Ozhan Eren, Öner Kılıç, Kıvanc Terzioğlu, Suat Köcer, Altan Sönmez və Meral Konrat tələbələrlə iki günlük görüşdə maraqlı müzakirələr edib və tələbələrin suallarını cavablandırıblar. Türkiyənin "Filmarası" qəzetinin baş redaktoru Suat Köcer Türk film tarixi haqqında ətraflı məlumatı tələbələrin nəzərinə çatdırıb. Qonaqların hər biri Bakıda olduqları ərəfədə özlərini doğma şəhərlərindədiki kimi hiss etdiklərini, millətimizin qonaqpərvərlik hissini vurğulayıblar. "Təhminə" filminin çəkilişindən uzun illər keçməsinə baxmayaraq xalqımızın Meral Konratı yaddaşlardan silməməsinin, onu gördükləri an Təhminə olaraq xatırladıqlarının şahidi olduğunu və bu halın onlara sevinc bəxş etdiyini deyib.