“SƏYYAR DƏRS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
“SƏYYAR DƏRS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
23.11.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin müəllimi sənətşünas-ekspert Fəxri Məmmədlinin müəllifi olduğu “Səyyar dərs” layihəsi çərçivəsində Sənətşünaslıq ixtisası üzrə təhsil alan bir qrup fəal tələbəsi ilə Milli Azərbaycan Tarix Muzeyinin bərpa laborotoriyasına gediblər. Bərpa laboratoriyasında qrafik əsərlərin qorunması, zədələnən incəsənət nümunələrinin yenidən təkminləşdirilməsi və.s mövzular tələbələrin diqqətinə çatdırılıb. Layihənin müəllifi F.Məmmədli vurğulayıb ki, səyyar dərslərin əsas məqsədi universitetdə tədris zamanı keçirilən nəzəri mövzuların praktiki cəhətdən təqdim olunması və mədəniyyət müəssisələrinə gedərək tələbələrin estetik təfəkürünün inkişaf etdirilməsindən ibarətdir.
Həmçinin, müəllif bildirib ki, layihə çərçivəsində bu günə kimi tələbələrlə müxtəlif mədəniyyət müəssisələrinə ekskursiyalar təşkil edilib və tədris ilinin sonunadək sözügedən silsilənin davam etdirilməsi gözlənilir.