Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin II kurs “geyim dizaynı” ixtisasının tələbələrinə Universitetin müəlliməsi, rəssam Nigar Babayeva tərəfindən ustad dərsi keçirilib. Onun, Azərbaycanın xalq rəssamı Bədurə Əfqanlının çəkdiyi rəsmlər əsasında hazırladığı kuklalar izahlı şəkildə tələbələrə nümayiş olunub.