18 noyabr 2016-cı il tarixində ADMİU-nun “Kulturologiya” fakültəsinin “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəlliməsi- Tamilla Əsgərova “Kitabşünaslıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri ilə Milli Kitabxanada təcrübədə olublar. “Kitabxanaşünaslıq elmi-tədqiqat ” şöbəsinin müdiri Aygün Hacıyeva tələbələri kitabxananın şöbələrinin işi ilə yaxından tanış edərək, tələbələrin suallarını cavablandırıb. Həmçinin, onlara ”Elektron dissertasiya fondunun təşkili və ondan istifadə”, “Nadir kitablar və kitabxana muzeyi”, “Nor nəşrləri və səsyazma” və “Mədəni-kütləvi işlər ” şöbələrinin müdirləri şöbələrində aparılan iş haqqında ətraflı məlumat verilib.