17 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirilib. İclasda hər fakültə üzrə TEC sədri müəyyənləşib və təyin olunub. Hər sədrin öz komandası və bu komanda ilə birgə layihələri olacağı qeyd olunub. Qəbul olunan layihələr ilk olaraq universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadəyə təhvil verilib sonra rektora göstəriləcəyi və daha sonra bu barədə universitetin elmi şurasında məlumat veriləcəyi deyilib.