SABAH İCRA KOMİTƏSİNİN AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLİB
SABAH İCRA KOMİTƏSİNİN AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLİB
15.11.2016
SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib. Görüşdə rektor, professor Fərəh Əliyeva və ADMİU-nun SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova iştirak ediblər. Giriş sözü ilə çıxış edən rektor qonağı salamlayaraq onu tələbələrə təqdim edib.
Şahin Seyidzadə çıxışında ilk olaraq görüşdə rektorun da iştirakını, rektorun tələbələrlə isti münasibəti müsbət qarşıladığını, bir çox ali məktəblərdə rektorların tələbələrlə belə yaxın ünsiyyətdə olmadığının şahidi olduğunu qeyd edib. Daha sonra Sabah yataqxanası, yeni təqaüd qaydaları, tələbələr üçün təşkil olunmuş dil kursları haqqında ətraflı məlumat verərək tələbələrin suallarını cavablandırıb.