ADMİU-DA “İNCƏSƏNƏT TARİXİ: XXI ƏSRDƏN BAXIŞ” SİLSİLƏSİNDƏN BAROKKO TARİXİ VƏ ƏHƏMİYYƏTİ MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB
ADMİU-DA “İNCƏSƏNƏT TARİXİ: XXI ƏSRDƏN BAXIŞ” SİLSİLƏSİNDƏN BAROKKO TARİXİ VƏ ƏHƏMİYYƏTİ MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB
15.11.2016
15 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən Barokko tarixi və əhəmiyyəti mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda universitetin rektoru, professor Fərəh Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı Ellada Hüseynova, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Kamilə Dadaşzadə və kafedranın müəllimləri iştirak ediblər. Tələbələrin ifasında Barokko dövrünün ümumi səciyyəsi, İ.S.Baxın yaradıcılığı haqqında tələbələrin məruzələri və “İ.S.Bax. İki violin və orkestr üçün Konsert d-moll”, “Q.F.Hendel. “Koncerto grosso” g-moll”, “İ.S.Bax. İki klavir və orkestr üçün Konsert c” əsərləri dinlənilib.