ADMİU-DA “AZƏRBAYCAN MUĞAMŞÜNASLIĞI” KİTABININ MÜZAKİRƏSİ KEÇİRİLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Memarlır və İncəsənət İnstitutu tərəfindən dərc olunan “Azərbaycan Muğamşünaslığı” monoqrafiyasının müzakirəsi keçirilib. Universitetin professor müəllim və tələbələrinin iştirakı ilə keçən müzakirədə əvvəlcə kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Kamilə Dadaşzadə iştirakçıları salamalayaraq kitab haqqında ümumi məlumat verib. Daha sonra kitabın baş redaktoru sənətşünaslıq doktoru Sevil Fərhadova çıxış edərək, kitabın yazılma ideyasınnan, onun müxtəlif müəlliflərin muğam problemlərinə həsr olunmuş çapdan çıxmış əsərlərdən ibarət olduğunu qeyd edib, əsas məqsədin keçmiş əsrdən bu günə kimi muğam haqqında elmi fikrin inkişaf dinamikasının izlənilməsi olduğunu vurğulayıb. Müzakirədə Universitetin müəllimləri İradə Köçərli, Aydın Talıbzadə, Canəli Əkbərov, Güllü İsmayılova,kafedranın müəllim və dissertantları Pikə Axundova, Sara Muradova və başqaları çıxış edərək kitab, orada dərc olunan məqalələr, bu gün muğam sahəsində yazılan işlər və s. haqqında danışıb öz fikirlərini bildiriblər. Müzakirədə Universitetin tələbələrindən ibarət muğam üçlüyü müxtəlif muğam parçaları da ifa edib.