NƏ? HARADA? NƏ ZAMAN? İNTELLEKTUAL BİLİK YARIŞMASINDA ADMİU KOMANDASI 9-CU YERİ TUTUB
NƏ? HARADA? NƏ ZAMAN? İNTELLEKTUAL BİLİK YARIŞMASINDA ADMİU KOMANDASI 9-CU YERİ TUTUB
08.11.2016
8 noyabr 2016-cı il tarixində Respublikanın ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 46 komanda arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandası 9-cu yeri tutub.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.