ADMİU-NUN 23 SAYLI ORTA MƏKTƏBDƏ GÖRÜŞÜ KEÇİRİLİB
ADMİU-NUN 23 SAYLI ORTA MƏKTƏBDƏ GÖRÜŞÜ KEÇİRİLİB
04.11.2016
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin 23 saylı orta məktəb ilə əməkdaşlıq çərçivəsində universitetin “Teatr sənəti” fakültəsinin “Səhnə danışığı” kafedrasının müdiri, dosent, əməkdar incəsənət xadimi Azad Şükürov və “Teatr sənəti” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsəd Rzayev ilə növbəti görüş keçirilib. Görüşdə əruz vəzninin klassik ədəbiyyatda rolundan və təsirindən söhbət açılıb, məktəbin şagirdləri qəzəllər söyləyib və M.Ə.Füzulinin əsərlərindən səhnəciklər qurulub.