ADMİU-NUN TƏLƏBƏLƏRİ MİLLİ AZƏRBAYCAN TARİX MUZEYİNDƏ
ADMİU-NUN TƏLƏBƏLƏRİ MİLLİ AZƏRBAYCAN TARİX MUZEYİNDƏ
01.11.2016
24 oktyabr 2016-cı il tarixində “Muzeyşünaslıq, arxiv işi və tarixi abidələrin qorunması” ixtisası üzrə təhsil alan I kurs tələbələri, “İxtisas” fənn müəllimi Elfira Məlikovanın rəhbərliyi ilə Milli Azərbaycan Tarix Muzeyində olublar. Tələbələr muzeylə yaxından tanış olub, seçdikləri ixtisasın tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artırıb, nəzəri biliklərini daha da zənginləşdiriblər. Eramızdan əvvəlki minillikləri əhatə edən və bu günə qədər olan tariximizi əks etdirən eksponatlarla tanış olublar.